Ətirlər haqqında 10 qayda.

Ətirlər haqqında 10 qayda.
22.08.2019 959

Ətirlər haqqında bir çoxların bilmədiyi 10 qaydasını Sizin nəzərinəzə çatdırırıq.

  1. Doğru ətri necə tapmaq olar?

    Bir ətir almağın ən doğru zamanı səhər saatlarıdır. O müddətdə hələ qoxu hiss etmə duyğusu oyanıq olur və gündəlik qoxular hələ havaya qarışmır. Belə ki,yalnız üç iyləmədən sonra fərqi ayırd etməkdə çətinlik çəkilir. Buna görə ekspertlər qoxu duyğunuzu təmizləmənin ən yaxsı yolunu təzə bir qəhvəylə mümkün ola biləcəyini ifadə edir.


    Qəhvə aroması digər bütün qoxuları yox edir və sonrakı seçiminiz üçün sizə yenidən fürsət yaradır. Sınadığınız ətri əl biləyinizin içində deyil eyni zamanda yanınızda daşıya biləcəyiniz sınaq çubuqlarından iyləyin. Beləliklə aralarından seçki edə bilmədiyiniz fərqli qoxuları evdə yenidən test etmə imkanı tapa bilərsiniz.

  2. Ətir nə vaxt və necə istifadə edilməli?

    Ekspertlərə gör ətrin ən ideal sürtülmə zamanı duş sonrası. Sürətli qan dövranı səbəbindən bədən istiliyi qoxunun dəriyə daha qalıcı bir şəkildə alınmasını təmin edir və aromanın dəyişməsinin qarşısını alır. Əl biləyinə sürtülən ətir isə ovuşturmanın təsiriylə molekulları zərər gördüyü üçün qoxu funksiyasını itirir. Estee Lauderin ətir vurmaqla əlaqədar əfsanəvi bir üsulu var: qoxunu əvvəl havaya sıxırsız və daha sonra yaranan qoxu buludunun altında durun...

  3. Ətrin ən qalıcı olduğu bölgələr hansılardı?

    Qoxunun qalıcılığını uzadan ən ideal bədən bölgələri arasında gicgahlar, iki sinə arasi və biləkdir. Bədənin bu ifadə olunan bölgələri qan damarlarının dəriyə ən yaxın olduğu yerlərdir və bu bölgələrdə istilik daha yüksək olur. Bu da qoxunun bu bölgələrdə mükəmməl şəkildə bədənə hopmasən təmin edir. Qulaq arxasına qoxu sürmə vərdişini dərhal dəyişdirin. Çünki bu bölgədə dəri daha çox yağ cıxarır,o da qoxuyla bir araya gəldikdə qoxusunun dəyişməsinə gətirib çıxardır.

  4. Ətir harada saxlanmalı?

    Hamımızın ətirlərimizi sərgiləməyi ən sevdiyimiz yerlərdən biri vanna otağıdır. Ancaq bu işıqlıq,i sti və nəmli mühit, ətirin ömrünü qısaldır. Ən yaxşısı qapağı bağlı olaraq nəmsiz,sərin və qaranlıq bir yerdə,məsələn şkafda yada siyirtmədə saxlamaqdır. Hətta soyuducular,ətirlər üçün ideal yer olaraq tövsiyə edilir.

  5. Qoxuları qarışdıra bilərikmi?

    Bir neçə fərqli qoxunun eyni anda istifadə edilməsi,yüngül bir uyğunsuzluq yarada bilər. Başqa sözlə hər ətrin öz funksiyası var. Bununla əlaqədar olaraq zərər görər və ortaya pis qoxularda çıxa bilər. Ətirlərinizi qarışdıraraq istifadə etmək istəyirsinizsə, heç olmasa eyni qoxu ailəsindən olmalarına diqqət yetirin.

  6. Niyə ətirlər hər bədəndə fərqli qoxu verir?

    Ətirlər spirt, atomatik yağ və sudan meydana gəlməkdədir.Bu yağlar cildlə təmasda olanda hər bədən tipinə görə fərqli reaksiya göstərir. Bir bədəndə yüngül, digər bədəndə güclü reaksiyalar da fərqli şəkildə qoxu vermələrinə səbəb olur.

  7. Gün içində ətiri dəyişdirmək mümkündürmü?

    Bunun üçün əvvəldən mütləq duş alınmalıdır. Duş almaq ətir dəyişdirmək üçün lazım olan bir hərəkət deyil. Qoxular təxminən 4 saat içində funksiyalarının böyük qismini itirdiklərindən, bu müddətdən etibarən başqa qoxu istifadə etmənizdə qorxu olmayacaq.

  8. Hansı qoxu nə vaxt istifadə edilməli?

    Ağır,oryantal qoxular xüsusi gecələrdə xoş olsada,bir iş yeməyi üçün çox tünd ola bilər. Başqa sözlə günə nə qədər erkən başlarsa, ətir də o qədər yüngül olmalıdır. Gecənin irəliləyən saatlarında isə daha ağır qoxular istifadə edə bilərsiniz.

  9. Bir qoxunun qalıcılığı ne qədərdir?

    Prinsip: bir ətrin spirt tərkibi nə qədər çoxdursa qalıcılığıda o qədər uzundur. Saf bir ətrin qoxu konsentrasiyası yüksəkdir,ancaq aşağı spirt nisbətinə sahib qoxuların ən gec 6 ay içində istehlak edilməsi lazımdır.

    Eau de Parfum və Eau de Toilette, spirt nisbəti sıx qoxular olduğundan 3 ilə qədər saxlana bilər. Əgər ətrinizin qoxusu və rəngi dəyişmise,edəcəyiniz tək şey onu atmaqdır.

  10. Ətirin bədəndəki qalıcılığı necə təmin edilər?

    Ətirin qalıcılığı dərinin tipiylə yaxından əlaqəlidir. Quru cildlər qoxunun aromatik tərkibini yağlı cildlər qədər yaşı mühafizə edə bilməz. Buna görə ətir sınayarkən, dərinizin kiçik bir bölgesinə yüngül yağlı və qoxusuz bədən losyonu sürüb ətri bunun üzərin sixin.

Son xəbərlər