Ətrin saxlama qaydası.

Ətrin saxlama qaydası.
08.08.2019 720

Ətri harda və necə saxlamaq lazımdır?

Ətrin öz xüsusiyyətini itirməməsi üçün nə etmək lazımdır?

Bir çoxlarımız bu sualları özümüzə və həm də ətrafdakılara veririk. Biz öz təcrübəmizə esaslanaraq bir necə faydalı məsləhətləri sizinlə böluşmək istəyirik.

Ən əsasları isə bunlardır:

  • Günəş şüalarından qorunması
  • Mükəmməl temperaturun yaradılması
  • Ətrin qapağının sıx bağlanması
  • Yüksək rütubətdən qorunması

Ətirlərin ən əsas saxlamaq qaydalarından biri də odur ki, günəş şüalarının altında qızmamalıdır və havanın temperaturu +22 C-dən çox olmamalıdır. Əgər bu qaydalara əməl olunmasa, ətir partlaya və ya qoxusunu deyişə bilər.

Çalışın ki, daim ətrin qapağı möhkəm bağlı olsun, çünki havada güclü oksidləşdirici vasitə var. Həmçinin, hamam otağında ətir saxlamaq məsləhət deyil. Yüksək nəmlik dərəcəsi hətta bağlı bir ətrə belə təsir edə bilər.

Ətirlərin ən ideal saxlama yeri isə, qapalı dolabdır. Beləliklə, ətir birbaşa günəş şüalarından və otağda deyişən temperaturdan qorunmuş olur.

Ən çox insanlarda maraq duyuran isə "hazırlanan ətri maşında saxlamaq olarmı?" sualıdır.

Təəssüf ki, ətri maşında saxlamağı məsləhət görmürük. Çünki, çöldəki havanın temperaturu ilə maşının istiliyi qarışanda, ətrə yan təsir göstərə və hətta partlama dərəcəsinə çatdırıla bilər.

Son xəbərlər